📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda icra hakimiyyətləri ləğv olunur

2022-06-04 09:07:00

Azərbaycanda icra hakimiyyətləri ləğv olunur

İcra hakimiyyətlərinə bu ilin sonuna qədər zaman verilib.

Hurriyyet.az xəbər verir ki, bu haqda məlumatı Cebhe.info yayıb. Sayta daxil olan məlumata görə, ölkə üzrə fəaliyyət göstərən bütün icra hakimiyyətlərinə bu ilin sonuna qədər onlara tapşırılan bütün layihələri yekunlaşdıraraq hesabat vermələri tapşırılıb.

Eyni zamanda, növbəti ildən icra hakimiyyətlərinə yeni layihələrin verilməyəcəyi və büdcə ayrılmayacağı da bildirilir.

Məlumatda həmçinin qeyd olunur ki, bu proses icra hakimiyyətlərinin yaxın zamanlarda ləğv olunmasına hesablanıb. 

Qeyd edək ki, bir müddətdir ki, icra hakimiyyətlərinin ləğv edilməsi, böyük şəhərlərdə mer seçkilərinin keçirilməsi, bələdiyyə institutunun təkmilləşdirilməsi təkliflər sırasındadır.