📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda iki federasiya birləşdirildi

2026-03-14 23:54:47

Azərbaycanda iki federasiya birləşdirildi

"Azərbaycan Yelkən Federasiyası" İctimai Birliyi "Azərbaycan Su İdmanı Növləri Federasiyası" İctimai Birliyinə qoşulub.

 

Modern.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, qərar qurumun ümumi yığıncağında qəbul edilib.

 

İclasda "Azərbaycan Yelkən Federasiyası" İctimai Birliyinin "Azərbaycan Su İdmanı Növləri Federasiyası" İctimai Birliyinə qoşulması məsələsi irəli sürülüb və səsvermə ilə qəbul olunub.