📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü

2021-09-13 09:40:00

Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü

Ağstafa rayonunda qətl hadisəsi olub.

Hurriyyet.az Reporta istinadən xəbər verir ki,rayonun Köçəsgər kəndində yerləşən kafelərin birində düşən mübahisə zəminində Zeynalov Yaşar Əmirxan oğlu və qardaşı, 1971-ci il təvəllüdlü Zeynalov Müşfiq Əmirxan oğlu bıçaqlanıb. Ürək nahiyəsindən bıçaq xəsarətləri alan Y.Zeynalov hadisə yerindəcə dünyasını dəyişib. M.Zeynalov isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

Hadisəni törətməkdə 1986-cı il təvəllüdlü Məmmədov Sabir Hüseyndik oğlu şübhəli bilinir.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.