📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda iki yüksək vəzifəli şəxs işdən çıxarıldı - SƏBƏB

2022-11-29 12:55:00

Azərbaycanda iki yüksək vəzifəli şəxs işdən çıxarıldı - SƏBƏB

İşğaldan azad edilmiş ərazilərə qeyri-qanuni keçən iki yüksək vəzifəli şəxs işdən çıxarılıb.

Manset.az-ın əldə etdiyi məlumata görə, Füzuli Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Əliyev Qənimət Eldar oğlu və Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Niftəliyev Bayram Qiyas oğlu işğaldan azad edilmiş ərazilərə müvafiq icazə olmadan qanunsuz keçdiyi üçün vəzifələrindən azad olunublar.

Füzuli Rayon İcra Hakimiyyəti iki şöbə müdirinin işdən çıxarılmasını təsdiqləyiblər.