📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda ilk dəfə... - Nazir açıqladı

2022-12-16 22:28:00

Azərbaycanda ilk dəfə... - Nazir açıqladı

Dekabrın 15-nə Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmalarının illik məbləği ilk dəfə 15 milyard manatı keçib.

Bunu nazir Mikayıl Cabbarov "Twitter"də bildirib.

"Qeyri-neft-qaz sektorundan daxilolmalar isə 7,9 milyard manata çatıb. Qeydə alınan bu rekord göstərici həyata keçirilən mütərəqqi iqtisadi islahatların, səmərəli vergi inzibatçılığı və əlverişli biznes mühitinin təmin edilməsinin, cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsinin nəticəsidir. Öhdəliyini dürüst yerinə yetirən vicdanlı vergi ödəyicilərinə və Dövlət Vergi Xidmətinin əməkdaşlarına təşəkkürümüzü bildiririk", - deyə o qeyd edib. \\Ölkə.Az