📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda institutun vəzifəli şəxsi koronavirusdan vəfat etdi - FOTO

2021-09-16 09:49:00

Azərbaycanda institutun vəzifəli şəxsi koronavirusdan vəfat etdi - FOTO

Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş mühasibi Nəcəfov Nizami Ramazan oğlu vəfat edib. 

Hurriyyet.az xəbər verir ki, N.Nəcəfov yeni növ koronavirus infeksiyasından dünyasını dəyişib.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Onun ölümü barədə ailə yaxınları sosial şəbəkədə paylaşım edib.