📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda ipoteka kreditləri üçün vəsait ARTIRILIR

2021-11-08 12:37:00

Azərbaycanda ipoteka kreditləri üçün vəsait ARTIRILIR

2022-ci ilin dövlət büdcəsində  Azərbaycan Respublikası əhalisinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı  Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna 100 milyon manat ayrılması nəzərdə tutulur.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Rəsmi məlumata görə, gələn il İpoteka və Kredit Zəmanət Fonduna ayrılacaq vəsait carı illə müqayisədə 20 milyon manat və ya 20 faiz çoxdur.

Həmin vəsaitdən güzəştli ipoteka kreditlərinin verilməsi üçün 95 milyon manat, sahibkarlar tərəfindən manatla alınan kreditlərlə hesablanmış faizlərə görə subsidiya verilməsi üçün 5 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.