📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda iş adamı havaya atəş açdı, axtarışa verildi - VİDEO

2022-10-17 12:07:00

Azərbaycanda iş adamı havaya atəş açdı, axtarışa verildi - VİDEO

Gədəbəydə silahla havaya atəş açan şəxsin kimliyi müəyyən edilib.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə sözügedən videogörüntülər paylaşıldıqdan sonra dərhal Gədəbəy rayon Polis Şöbəsində müvafiq araşdırmalar həyata keçirilib: “Müəyyən tədbirlər nəticəsində, videodakı şəxsin Gədəbəy rayon Arıxdam kənd sakini Tural Məmmədov olması və hazırda ölkə xaricində olması müəyyən edilib. Həmin şəxsin istintaqa cəlb edilməsi istiqamətində işlər davam etdirilir”.

olke.az