📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda istirahət mərkəzində QAN DÜŞDÜ

2023-12-16 16:02:01

Azərbaycanda istirahət mərkəzində QAN DÜŞDÜ

Masallıda bıçaqlanma hadisəsi olub.

Hurriyyet.az-ın məlumatına görə, hadisə Qəriblər kəndində yerləşən “Turist” istirahət mərkəzinin həyətində baş verib.

45 yaşlı Rabil Adil oğlu Nurullayev şəxsi münasibətlər zəminində 44 yaşlı həmkəndlisi Asiman Arzuman oğlu Ağayevə bir neçə bıçaq xəsarəti yetirib.

Hadisəni törədən R.Nurullayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

lent.az