📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda karantinlə bağlı QƏRAR VERİLDİ - RƏSMİ

2022-10-27 15:56:00

Azərbaycanda karantinlə bağlı QƏRAR VERİLDİ - RƏSMİ

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Hurriyyet.az-ın xəbərinə görə, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-ci il 1 yanvar saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 noyabr saat 06:00-dək uzadılmışdı.