📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda kimlər 3 min manat maaş alır? - AÇIQLANDI

2022-03-14 21:21:00

Azərbaycanda kimlər 3 min manat maaş alır? - AÇIQLANDI

2022-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 10,9 faiz artaraq 765,9 manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

Əməkhaqqı neft-qaz sektorunda 2934,5 manat, qeyri neft-qaz sektorunda 723,7 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 709,3 manat, özəl müəssisələrdə isə 832,2 manat olub.