📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda klub prezidenti futboldan uzaqlaşdırıldı

2025-10-01 20:07:43

Azərbaycanda klub prezidenti futboldan uzaqlaşdırıldı

Azərbaycan 2-ci liqasında çıxış edən “Şəki Siti” klubunun prezidenti Elgün Hüseynov 6 ay müddətinə futbolla bağlı fəaliyyətdən məhrum edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

O, bəzi futbolçuların sənədlərini düzgün təqdim etmədiyinə görə bu cəzanı alıb.