📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda koronavirusa yenidən kütləvi yoluxma gözlənilir? - Nazirlikdən açıqlama

2022-07-08 12:22:00

Azərbaycanda koronavirusa yenidən kütləvi yoluxma gözlənilir? - Nazirlikdən açıqlama

“Azərbaycanda koronavirus infeksiyasına yenidən kütləvi yoluxma ehtimalı hələ ki, yoxdur”. 

Bunu “Yeni Sabah”ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyin mütəxəssis-eksperti, infeksionist Ləman Qalimova bildirib.

Onun sözlərinə görə, dünyada olduğu kimi Azərbaycanda da son günlərdə koronavirus infeksiyasına yoluxma hallarında artım müşahidə olunur:

“Lakin nəzərə almalıyıq ki, ölkədə COVID-19 əleyhinə vaksinasiyaya prosesi bu gün də davam edir. Eyni zamanda xəstəliyə yoluxanların sayı kifayət qədərdir. Bu da o deməkdir ki, əhalinin kütləvi immuniteti yaranıb. Ona görə yenidən kütləvi yoluxma ehtimalı hələ ki, yoxdur”.

Nazirlik rəsmisi bir daha xatırladıb ki, pandemiya davam etdiyindən ehtiyat tədbirlərini əldən vermək olmaz:

“Xəstə insanlar gördükdə, onlarla təmasda olduqda, eləcə də kütləvi tədbirlərdə iştirak etdikdə mütləq şəkildə qoruyucu maskalardan istifadə zəruridir. Həmçinin gigiyenik qaydalara riayət etmək məsləhətdir”.

O, həmçinin ölkədə yenidən sərt karantin rejimi qaydalarının tətbiqinə əsas verən artımların olmayacağına ümid edib.

Qeyd edək ki, son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında nisbətən artım müşahidə olunur.