📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda kriminal avtoritet HƏBS OLUNDU - FOTO

2021-08-25 15:15:00

Azərbaycanda kriminal avtoritet HƏBS OLUNDU - FOTO

Azərbaycanda kriminal avtoritet həbs edilib. 

HURRİYYET.az-a verilən məlumata görə, Zaqatala rayon sakini, əvvəllər 4 dəfə məhkum olunmuş, kriminal aləmdə “Diska Nəriman” kimi tanınan Nəriman Qurbanəliyevdən metamfetamin (“patı”) götürülüb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

N.Qurbanəliyev bir müddət əvvəl də Zaqatalada adam bıçaqlamaqda təqsirli bilinərək həbs edilmişdi. Sonradan N.Qurbanəliyevin qardaşı cinayəti öz üzərinə götürmüş və “Diska Nəriman” həbsdən azad edilmişdi.

“Diska Nəriman” ləqəbli avtoritet N.Qurbanəliyev əvvəllər Zaqatalada “obşak”a baxıb və həbsdə olan avtoritetlərə pul toplayıb.

Onu da əlavə edək ki, “obşak” kriminal aləmin maliyyə vəsaitinin cəmləşdiyi ümumi büdcədir.