📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda maska qadağası ləğv olundu

2022-04-22 14:17:00

Azərbaycanda maska qadağası ləğv olundu

2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.

Hurriyyet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar verilib.

Eyni zamanda,  Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.