📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda maska tələbi yenidən tətbiq olunur? - Yeni virusla bağlı XƏBƏRDARLIQ

2022-06-08 09:48:00

Azərbaycanda maska tələbi yenidən tətbiq olunur? - Yeni virusla bağlı XƏBƏRDARLIQ

"Azərbaycanla qonşu ölkələrdə meymunçiçəyi virusuna yoluxanlar varsa, deməli təhlükə ölkəmizə daha da yaxınlaşıb".

Hurriyyet.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "Nə Baş Verir?" verilişində qonaq Səhiyyə Nazirliyinin eksperti Ləman Qalimova bildirib.

Ekspert əlavə edib ki, uçuş zamanı və digər sıx yerlərdə olarkən əhalinin maskadan istifadə etməsi daha yaxşı olar: "Qadağa götürüldüyü üçün insanlar rahatlığa çıxıblar. Maskadan qətiyyən istifadə olunmur. Lakin bilməliyik ki, əgər sərhəd ölkədə bu virusa rast gəlinibsə, bizim ölkəyə gəlmə şansı da yüksəlib".