Azərbaycanda mazut istehsalı kəskin artıb - CƏDVƏL
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4 612 milyon manat olmaqla, əvvəlki ilin 9 ayı ilə müqayisədə 4,3 faiz azalıb.
Bu barədəHurriyyet.net Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə neft məhsullarından mazut istehsalı 78,8 faiz, sürtkü yağlarının istehsalı 24,2 faiz artıb.
Bildirilir ki, cari ilin yanvar-sentyabr aylarında ölkədə ağ neft istehsalı 19,2 faiz, neft bitumu istehsalı 33,8 faiz, dizel yanacağının istehsalı 3,4 faiz, avtomobil benzinin istehsalı isə 1 faiz azalıb .
Azərbaycanda istehsal olunan neft məhsulları:
|
Məhsul növləri |
2026-cı ilin yanvar-sentyabr aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.10.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı |
|
Avtomobil benzini, min ton |
1 068,5 |
99 |
45,5 |
|
Ağ neft, min ton |
419 |
80,8 |
34,2 |
|
Qazoyllar (dizel yanacağı), min ton |
1 799 |
96,6 |
137,5 |
|
Mazut, min ton |
103,0 |
178,8 |
2,4 |
|
Sürtkü yağları, min ton |
33,9 |
124,2 |
0,7 |
|
Maye qazlar, min ton |
134,9 |
79,7 |
2 |
|
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
625 |
107,5 |
31,6 |
|
ondan: neft bitumu, min ton |
126,4 |
66,2 |
13,6 |
|
neft koksu, min ton |
188,2 |
110,4 |
12,2 |