📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda Məhərrəm ayının başlayacağı tarix AÇIQLANDI

2022-07-15 11:10:00

Azərbaycanda Məhərrəm ayının başlayacağı tarix AÇIQLANDI

İyulun 30-da Azərbaycanda Məhərrəm ayı başlayacaq.

Hurriyyet.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, Şamaxı Astrofizika Rəsədxanasının təqdim etdiyi təqvimə əsasən 30 iyul Məhərrəm ayının birinci günüdür:

“Həmin gün Zilhiccə ayı tamamlanır və Məhərrəm ayı daxil olur. Bu, Hicri-Qəməri təqvimi ilə 1444-cü ilin başlanğıcıdır. Çünki Məhərrəm ayı Hicri-Qəməri təqvimində birinci aydır. Aşura günü avqustun 8-nə təsadüf edəcək. Ərbəin günü, yəni İmam Hüseynin şəhadətinin 40-cı günü sentyabrın 17-i olacaq”.