📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda məktəb direktoru VƏFAT ETDİ

2026-11-09 18:35:39

Azərbaycanda məktəb direktoru VƏFAT ETDİ

Yardımlıda vəzifəli şəxs vəfat edib.

Rayonun Bilnə kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib.

Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsil müəssisəsinə rəhbərlik edib. O, həmçinin Vərgədüz kənd bələdiyyəsinin üzvü kimi ictimai fəaliyyətlə məşğul olub. (Oxu.Az)