📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda məktəbdə elektrik enerjisi kəsildi - DƏRSLƏR TƏXİRƏ SALINDI

2021-12-22 10:21:00

Azərbaycanda məktəbdə elektrik enerjisi kəsildi - DƏRSLƏR TƏXİRƏ SALINDI

Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli orta məktəbdə dərslər təxirə salınıb.

Hurriyyet.az-ın yerli bürosunun verdiyi məlumata görə, buna səbəb məktəbdə elektrik enerjisinin kəsilməsidir.

Gəncə şəhər Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev məsələ ilə bağlı saytımıza bildirib ki, məktəbə gələn elektrik xəttində nasazlıq yaranıb. Alternativ elektrik xətti olmadığı üçün dərslər bir günlük təxirə salınıb:

"Hazırda məktəbdə elektrik enerjisinin bərpa olunması istiqamətində iş gedir".