Azərbaycanda məktəblər bağlanır?
2022-02-04 16:11:00
Hal-hazırda 9 məktəb və 299 sinif distant təhsilə keçib. Bunu Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
O qeyd edib ki, hazırda statistika göstərir ki, əvvəlki aylara nisbətən yoluxmada artım müşahidə olunur.
"Vəziyyət nəzarət altındadır və məktəblərin tamamilə qapadılmasına ehtiyac görülmür" . - deyə o bildirib.
virtualaz.org