📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda məktəbli qız intihar etdi

2022-05-25 10:59:00

Azərbaycanda məktəbli qız intihar etdi

Şəkidə intihar hadisəsi olub.

Hurriyyet.az-ın məlumatına görə, hadisə mayın 24-də rayonun Kiçik Dəhnə kəndində baş verib. Kənd sakini 15 yaşlı Süleymanova Nuray Məzahir qızı yaşadıqları evin həyətindəki tövlədə özünü asaraq, həyatına son qoyub.

Onun hansı səbəbdən intihar etməsi hələlik bilinmir.

Mərhumun 9-cu sinif şagirdi olduğu qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.