Azərbaycanda məktəbliləri maşın vurdu - ANBAAN VİDEO
2023-05-20 14:52:00
Lənkəranda məktəbliləri maşın vurub.
Hurriyyet.az xəbər verir ki, “Qaynarinfo”nun əldə etdiyi məlumata görə, hadisə Şağlaser kəndində baş verib.
Ötən gün günorta saatlarında məktəbdən çıxıb evlərinə yollanan məktəbliləri yolu keçərkən VAZ-2107 markalı avtomobil vurub.
Bir azyaşlı orta, digər məktəbli ağır dərəcəli bədən xəsarəti alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Azyaşlılardan birində beyin əməliyyatı aparılıb.
Həmin görüntüləri təqdim edirik: