📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda müəllim intihar edib

2021-12-25 12:28:00

Azərbaycanda müəllim intihar edib

İsmayıllı rayonunda müəllim intihar edib.

Hurriyyet.az oxu.az-a istinadən verdiyi məlumata görə, rayonun Mican kənd sakini, 1972-ci il təvəllüdlü Nəzakət Müzəffərli yaşadığı evdə özünü asaraq intihar edib.

O, coğrafiya müəllimi olub. Son vaxtlarda psixoloji sarsıntı keçirdiyi deyilir.

İntiharın dəqiq səbəbi bilinmir.

Faktla bağlı araşdırma aparılır.