📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda müəmmalı ölüm: Üç aylıq körpənin meyiti su quyusundan tapıldı

2021-12-17 13:09:00

Azərbaycanda müəmmalı ölüm: Üç aylıq körpənin meyiti su quyusundan tapıldı

Astara rayonunun Kijəbə qəsəbəsi ərazisindəki su anbarında üç aylıq körpənin meyiti aşkarlanıb.

Hurriyyet.az report-a istinadən xəbər verir ki, körpənin su quyusuna bir neçə gün əvvəl düşdüyü ehtimal edilir.

Amma hələlik hadisənin təfərrüatı məlum deyil.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.