📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda nazir işə piyada getdi - Video

2022-11-25 09:43:00

Azərbaycanda nazir işə piyada getdi - Video

Gənclər və idman naziri Fərid Qayıbov Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin çağırışına qoşulub.

Hurriyyet.az xəbər verir ki, nazir bu barədə rəsmi Feysbuk hesabında paylaşım edib.

O, işə ictimai nəqliyyatla və ya piyada getdiyini bildirib.

F.Qayıbov bunun sağlam həyat tərzinin və ətraf mühitin qorunması üçün faydalı təşəbbüs olduğunu diqqətə çatdırıb.

Nazir hər kəsi bu təşəbbüsə qoşulmağa çağırıb.

axar.az