"Azərbaycanda Nazirlər Kabinetinin ləğv olunma zamanı çatmayıbmı?" - XAQANİ CƏFƏRLİ
"Parlamentli respublika olan Almaniyada dövlət 17 nəfərlik hökumət tərəfindən idarə olunur"
"Dünyanın dördüncü böyük iqtisadiyyatına malik olan Almaniyada hökumət cəmi 15 nazirlikdən ibarət olacaq. Sosial-Demokratlar Partiyasına 6, Yaşıllar Partiyasına 5, Azad Demokratlar Partiyasına 4 nazirlik verilib". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli deyib.
Politoloqun sözlərinə görə, baş nazir və katibliklə birlikdə hökumət 17 nəfərdən ibarət olacaq: "Almaniyanın bir qəsəbəsi qədər ümumi daxili məhsula (ÜDM) malik Azərbaycanda Nazirlər Kabineti 35 nəfərdən ibarətdir. Almaniyadan fərqli olaraq Azərbaycan prezdent üsul-idarəsinə malik respublikadır. Almaniya isə parlamentli respublikadır və dövlət 17 nəfərlik hökumət tərəfindən idarə olunur. Azərbaycanda Nazirlər Kabinetinin ləğv olunma zamanı çatmayıbmı? Bizə belə böyük hökumət lazımdırmı?"
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az