📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda nikaha daxil olmaq üçün tələb edilən sənədlərin sayı artırıla bilər

2026-04-10 15:11:11

Azərbaycanda nikaha daxil olmaq üçün tələb edilən sənədlərin sayı artırıla bilər

Azərbaycanda nikaha daxil olmaq üçün tələb edilən sənədlərin sayının artırılması təklif olunur.

"Report" xəbər verir ki, belə bir təkliflə Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov parlamentin bugünkü plenar iclasında Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" dəyişiklik layihəsinin birinci oxunuşda müzakirəsi zamanı çıxış edib.

O təklif edib ki, nikah bağlanarkən tibbi arayışla yanaşı, narkoloji asılılığın olub-olmadığı haqda arayış da tələb edilsin:

"Çünki bəzi nikah bağlanandan sonra şəxslərin narkoloji asılılığının olduğu ortaya çıxır. Bu ailə planlanmasında problem yaratmaqla bərabər boşanmaya da səbəb ola bilir. Narkoloji arayışın nikah üçün tələb edilən sənədlər siyahısına əlavə edilməsi boşanmaların sayının azalmasına da səbəb ola bilər".