📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda nikahların sayı azaldı

2025-01-17 16:24:10

Azərbaycanda nikahların sayı azaldı

Ötən ilin 11 ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 46 min 146 nikah və 19 min 597 boşanma halları qeydə alınıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.