Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum öldü
2026-10-16 19:45:39
Azərbaycanda məhkum ölüb.
Hurriyyet.net xəbər verir ki, Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.
Burada cəza çəkən 68 yaşlı məhkum, Hənifəyev Səmədağa Şamil oğlu ölüb. Onun xəstəlik səbəbilə öldüyü bildirilir.
Qeyd edək ki, Səmədağa Hənifəyev 1992-ci ildə ömürlük həbs cəzasına məhkum olunub. O, bir neçə il əvvəl Qobustan qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsində baş verən qətllə bağlı şahid qismində ifadə verib.