📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda onlayn vergi sistemi çökdü - Son hesabat günü sayt işləmir - FOTO

2022-07-20 17:45:00

Azərbaycanda onlayn vergi sistemi çökdü - Son hesabat günü sayt işləmir - FOTO

Bu gün Azərbaycanda bütün vergi ödəyicilərinin rüblük vergi və sosial hesabatları üçün son gündür.

Bu barədə vergi ödəyicilərinə xəbərdarlıq mesajları belə gəlib.

İyulun 20-si gecə 00:00-a qədər hesabatı göndərməyənləri isə 40 manat cərimə gözləyir.

Hurriyyet.az xəbər verir ki, məhz bu gün günorta saatlarından e-taxes.gov.az saytı donaraq açılmır, heç kim elektron kabinetinə keçid edib, hesabatını göndərə bilmir.

Məsələ ilə bağlı Vergilər Xidmətinin qaynar xəttindən problemdən xəbərdar olduqlarını bildirdilər: "Sistemdə problem olduğunu blirik, məsələ araşdırılır".

Axşama kimi cəhdləri təkrarlayın cavabından başqa məlumat verilmədi.

Qeyd edək ki, əgər gecəyə kimi sistem işləməsə sahibkarlar, vergi ödəyiciləri əsassız olaraq cərimə olunacaq.