📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda ötən il 35 mindən çox ev tikilib

2026-02-18 16:51:20

Azərbaycanda ötən il 35 mindən çox ev tikilib

2025-ci ildə Azərbaycanda ümumi sahəsi 4 milyon 629.5 min kvadrat metr olan 35390 ədəd yaşayış evi tikilib istifadəyə verilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə tikilən evlərin sayı 75.6% və ya 15241 ədəd artıb. Belə ki, 2024-cü ildə ölkədə ümumi sahəsi 2 milyon 361.6 min kvadrat metr olan 20149 ədəd yaşayış evi tikilib istifadəyə verilmişdi.