📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda partlayış olub, xəsarət alanlar var

2022-02-07 09:35:00

Azərbaycanda partlayış olub, xəsarət alanlar var

Salyanda qaz partlayışı nəticəsində bir ailənin 3 üzvü yanıq xəsarətləri alıb.

Hurriyyet.az-ın məlumatına görə, hadisə Qarabağlı kəndində qeydə alınıb. İlkin məlumata görə, kənddə Qurbanovlar ailəsinə məxsus fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış olub. Nəticədə bir ailənin üç üzvü - 1980-ci il təvəllüdlü Qurbanov Zaur Mikayıl oğlu, onun həyat yoldaşı, 1981-ci il təvəllüdlü Qurbanova Şəfəq Əli qızı və ailənin övladı, 2001-ci il təvəllüdlü Qurbanov Mikayılov Zaur oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Zərərçəkənlər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.