📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda pensiyaçıların sayı azalıb

2026-11-18 14:26:19

Azərbaycanda pensiyaçıların sayı azalıb

2026-cı il oktyabrın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1094,2 min (ötən ilin oktyabrın 1-i vəziyyətinə 1100,0 min) pensiyaçı qeydiyyatda olub.

Dövlət Statistika Komitəsindən (DSK) “Qafqazinfo”ya bildirilib ki, bu da ölkə əhalisinin 10,6 faizini təşkil edir.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artaraq 595,8 manat təşkil edib və orta aylıq əməkhaqqının 50,8 faizinə bərabər olub.