📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda pensiyalar artıb

2023-07-27 14:23:00

Azərbaycanda pensiyalar artıb

"Bu il Azərbaycanda əmək pensiyalarının minimum və orta aylıq məbləği 433,3 manata yüksəlib". 

Hurriyyet.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov qurumun 6 aylıq hesabatı ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib. 

O bildirib ki, hesabat dövründə yaşa görə əmək pensiyasının orta aylıq məbləği 466,1 manata yüksəlib: "Keçən illə müqayisədə 16.4 faizlik artım qeydə alınıb. Əvəzetmə əmsalı isə 47.2 %-ə çatıb".