📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda peyvənd olunanlar 50 faizə çatır

2021-09-27 15:56:00

Azərbaycanda peyvənd olunanlar 50 faizə çatır

Azərbaycanda ümumi əhalinin 47 faizi COVID-19-a qarşı peyvənd olunub. 

Hurriyyet.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, vaksinasiyadan keçməyən əhali 53 faiz təşkil edir.

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 8349945 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4713750 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3636195 nəfərdir.