📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda polkovnik-leytenant vəfat etdi

2022-03-08 17:16:00

Azərbaycanda polkovnik-leytenant vəfat etdi

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin yüksək rütbəli əməkdaşı qəfildən dünyasını dəyişib.

Bakupost.az xəbər verir ki, polkovnik-leytenant Mübariz Vəliyev dünən axşam saatlarında ürək tutmasından vəfat edib.

1970-ci il təvəllüdlü M.Vəliyev çalışdığı sahədə böyük xidmətləri olan zabitlərdən hesab olunub.

O, 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə “İgidliyə görə” medalı ilə təltif edilib.

Mərhum bu gün dəfn olunub.

Bakupost.az