Azərbaycanda pulsuzluqdan araq oğurlayan kişi həbs olundu
2026-11-23 10:11:51
Ağstafada marketdən oğurluq edilib.
Modern.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən "Tez-gəl" adlı marketdə qeydə alınıb.
50 yaşlı Qazax rayon sakini Mehdi Şərifov (şərti adla) marketə girərək, dəyəri 12 manat olan bir ədəd "Banketnaya" arağını oğurlayıb. O, spirtli içkini üst geyiminin cibinə qoyub obyektdən çıxarkən saxlanılıb.
Onun barəsində müvafiq maddə ilə protokol tərtib olunub.
M. Şərifov izahatında əməlindən peşman olduğunu və maddi imkanının zəif olmasını deyib. O, barəsində qərar verilərkən köməklik olunmasını xahiş edib.
Zərərçəkən şəxs isə marketdən tez-tez oğurluq halları olduğu üçün Mehdi barəsində tədbir görülməsini istəyib.
Məhkəmənin qərarı ilə Mehdi Şərifov 15 gün müddətinə inzibati qaydada həbs olunub.