Azərbaycanda qatar iki qızı vurdu
2022-04-12 09:36:00
Şəmkir rayonunun Zəyəm stansiyası ərazisində yük qatarı 2 nəfəri vurub.
Hurriyyet.az-ın məlumatına görə, hərəkətdə olan yük qatarı dəmiryolu xətti üzərindən qarşı tərəfə keçmək istəyən Nurcan Məmmədovanı və Aysel Həsənovanı vurub.
Yaralılar ağır xəsarətlər alıb və xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.