📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda qazi canına qıydı - VƏZİYYƏTİ AĞIRDIR

2022-09-12 17:07:00

Azərbaycanda qazi canına qıydı - VƏZİYYƏTİ AĞIRDIR

Daha bir qazi özünü yandırıb.

Hurriyyet.az-ın məlumatına görə, qazi Elnur Rüstəmovun Xəzər rayon Buzovna kənd bələdiyyəsinin özbaşınalığına etiraz olaraq özünü yandırdığı bildirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-ın sorğusuna cavab olaraq, qazinin özünü yandırması faktını təsdiqləyiblər.

Bildirilib ki, Elnur Rüstəmov Nərimanov Tibb Mərkəzinin Yanıq bölməsinin Reanimasiya şöbəsində bədənin 70% yanığı ilə müalicə alır.

Rəsmi məlumata görə, onun vəziyyəti kritik ağırdır.

Sfera.az