📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda “Qırmızı kitab”a düşən ağacları kim kəsdi? - VİDEO

2022-02-05 15:29:00

Azərbaycanda “Qırmızı kitab”a düşən ağacları kim kəsdi? - VİDEO

Oğuz rayonunun Çaldaş kənd sakinləri "XəzərXəbər"ə müraciət edərək ərazidə olan meşəlik massivində  ağacların kəsildiyindən narahat olduqlarını bildiriblər. Hazırda ərazidə  müxtəlif növdən  100-ə qədər ağaclar kəsilib. Həmin ağacların qırımızı kitaba düşən nadir növlərdən olduğu bildirilir. Bəs bu yaşıl terroru kim törədib?

Oğuz rayonunun Çaldaş kəndində 500-ə qədər əhali, 110 ailə yaşayır. Kənddə təbii qaz olmasada kənd sakinləri meşələrin qırılmasını istəmirlər. Bu günlərdə isə sakinlər örüş sahəsi yaxınlığında meşəlik ərazidə  qiymətli ağaclar da daxil olmaqla 100 qədər ağacın kəsildiyinin şahidi olublar.

Örüşə heyvan otarmağa gələn sakinlər təbiətə vurulan bu ziyanın qarşısının alınmasını istəyirlər.

Çaldaş kəndinin daxil olduğu Böyük söyüdlü bələdiyyəsindən bildirildi ki, sözü gedən ağacların kəsildiyi yer kənd ərazisi deyil. Bura Türyançay Dövlət qoruğunun Ağdaş rayon ərazisidir. Maraqlı budur ki, Türyançay qoruğunun müdir müavini Müğdət Əliyev də "XəzərXəbər"ə bildirdi ki, ərazimizə təkrar baxış keçiriblər və həmin yer Türyançay qoruğuna daxil deyil, qoruqdan bir ədəd də olsa ağac kəsilməyib. Ekologiya Və Təbii sərvətlər nazirliyindən isə bildirdilər ki, faktla əlaqədar komisiya təşkil olunaraq ərazidə araşdırılmalar aparılacaq, ağacların hansı əraziyə aid olduğu müəyyənləşdiriləcək və ağcların kəsilməsinə dair müvafik tədbirlər görüləcək. 

Milli.Az