📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda RƏZALƏT: Məktəbdə şagirdi zorlayıb videoya çəkdilər

2022-10-19 16:50:00

Azərbaycanda RƏZALƏT: Məktəbdə şagirdi zorlayıb videoya çəkdilər

Samux rayonu, Qiyaslı kənd orta məktəbində oğlan şagirdə qarşı seksual xarakterli hərəkətlər edilib.

Hurriyyet.az Oxu.az-a istinadən xəbər verir ki, 2008-ci il təvəllüdlü, IX sinif şagirdi öz həmcinsi, 2011-ci il təvəllüdlü şəxsə qarşı bu cür hərəkətlər edib.

Ətrafda olan şagirdlər hadisəni kamera vasitəsilə lentə alıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, baş verən hadisə barədə Samux Rayon Polis Şöbəsinə məlumat daxil olub:

“Məsələ barədə Polis Şöbəsində cinayət işi başlanıb. Artıq müvafiq ekspertiza təyin olunub, məsələyə hüquqi qiymət veriləcək”.