📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda sabiq məmur “ANS” adında şirkət açdı

2025-12-16 21:54:35

Azərbaycanda sabiq məmur “ANS” adında şirkət açdı

Azərbaycanın tikinti sektorunda yeni şirkət fəaliyyətə başlayıb. 

Hurriyyet.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu, “ANS” Təmir Tikinti şirkətidir.

Hüquqi ünvanı Göyçay rayonun Cəyirli kənində yerləşən şirkət 10 manat nizamnamə kapitalı ilə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınıb.

Şirkətin qanuni təmsilçisi Göyçay Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin sabiq müdiri Ayaz Səfərəliyevdir.

Yeni yaranmasına baxmayaraq, “ANS” Təmir Tikinti şirkəti artıq dövlət satınalmalarında iştiraka da başlayıb.