“Azərbaycanda saxlanılan çoxlu sayda erməni var” – Erməni vəkil
"Ötən müddət ərzində Azərbaycandan Ermənistana 156 məhbus qaytarılıb. Lakin hələ də Azərbaycanda saxlanılan çoxlu sayda erməni var".
Bunu Avropa Məhkəməsində erməni ailələrini müdafiə edən vəkil Siranuş Saakyan deyib.
O iddia edib ki, rəsmi Bakının inkar etdiyi 80-ə yaxın erməni əsir Azərbaycanda saxlanılır: "Sentyabrın 13-də hərbi əməliyyatlara qədər Azərbaycanda rəsmi olaraq saxlanılan məhbusların sayı 33 nəfər idi və müharibədən sonrakı dövrdə artıq 20-yə yaxın yeni əsir götürülmə faktı qeydə alınıb. Böyük əksəriyyəti artıq rəsmi səviyyədə təsdiqlənib, lakin yaxın vaxtlarda Avropa Məhkəməsi vasitəsilə cavablar gözlənilir. O zaman biz son insidentlər zamanı əsir götürülən şəxslərlə bağlı məlumatlara daha dəqiq aydınlıq gətirə biləcəyik", - Saakyan bildirib.
Azpolitika.info