📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda şəlalə dondu - VİDEO

2023-01-20 21:41:00

Azərbaycanda şəlalə dondu - VİDEO

Şimal bölgəsində havanın şaxtalı olması səbəbindən şəlalə donub.

Donan şəlalə Quba  rayonunun  Künxırt kəndi  ərazisində yerləşən Suatan şəlaləsidir. 

Hazırda dağlıq yaşayış məntəqələrində 10 dərəcə şaxta müşahidə edilməkdədir. Bəzi günlərdə isə temperatur mənfi 20 dərəcəyə qədər enib.

Qeyd edək ki, Suatan şəlaləsi Quba-Qonaqkənd yolunun yaxınlığında, rayon mərkəzidən 35 km aralıda yerləşir.