📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda şərab zavodunda yanğın başladı

2024-10-17 10:27:21

Azərbaycanda şərab zavodunda yanğın başladı

Tovuzda yanğın hadisəsi baş verib.

Hurriyyet.az  xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.

Şəhərdə yerləşən şərab zavodunda anidən yanğın olub. Hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın güclü olduğundan qonşu Şəmkir, Ağstafa və Qazax rayonlarından yanğınsöndürən avtomobillər və canlı qüvvələri cəlb olunub.

Yanğının söndürlüməsi istiqamtində işlər gedir./Axar.az/