📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AZƏRBAYCANDA SİQARET QITLIĞI YARANDI - Qiymətlər qalxır.Ukrayna-Rusiya savaşına görə

2022-03-03 15:00:00

AZƏRBAYCANDA SİQARET QITLIĞI YARANDI - Qiymətlər qalxır.Ukrayna-Rusiya savaşına görə

Rusiya-Ukrayna savaşının yeddinci günündə Azərbaycan daxili bazarında artıq qıtlıq müşahidə edilməyə başlayıb.

Huryiyyət.az xəbər verir ki, iki gündür ölkənin siqaret bazarında bəzi siqaret növlərinin satışı dayandırılıb. Yaxın günlərdə daxili bazarda tütün məhsullarının qiymətlərin bahalaşacağı da proqnozlaşdırlır.

Huriyyət.az rəsmi qaynaqlara istinadən xəbər verir ki, cari ilin birinci rübündə Rusiyadan Azərbaycana siqaret idxalı 19 azalsa da Ukraynadan idxal 1,4 dəfə artıb. Ukraynadan ölkəmizə idxal edilən siqaretin həcmi 6 milyon manatdan çox olub. Hazırda Ukraynada demək olar ki, istehsal, tədarük və ixracat dayandığından Azərnbaycanın ticarət anbarlarında sıqaret qıtlığı müşahidə edilir.

Verilən məlumatlara əsasən, iş adamları bir sıra siqaret çeşidləri arasında qıtlıq müşahidə edilə bilər. Maraqlıdır ki, Rusiya Azərbaycanın siqaret bazarında dominantlığını 2019-cu ildən bəri sürətlə itirməyə başlayıb. Ən son statistic məlumatlara görə, Rusiya Azərbaycan siqaret bazarındakı payını 19.4 faiz itirib. Qeyd edək ki, Azərəbaycan siqaret bazarı təmamilə idxaldan asılı haldadır. 2021-ci ildə 25 milyon 308 min  84 ABŞ dollar dəyərində siqaret idxal olunub.

Hurriyyet.az