Azərbaycanda son bir ildə 11 meyitdən orqan köçürülüb
2026-02-06 14:36:00
Azərbaycanda son bir il ərzində beyin ölümü diaqnozu qoyulmuş 11 meyitdən orqan köçürülməsi həyata keçirilib.
Hurriyyet.org xəbər verir ki, bu barədə “DOST TV”də Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin həkimi Mircəlal Kazımi məlumat verib.
Onun sözlərinə görə, ölkədə ümumilikdə 1 500-ə yaxın orqan transplantasiyası əməliyyatı icra olunub və bunlardan 11-i meyit donordan götürülmüş orqanlar vasitəsilə olub.