📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda ticarət mərkəzində DAVA

2026-02-20 22:43:15

Azərbaycanda ticarət mərkəzində DAVA

Astara şəhərinin Park-Bulvar ərazisində abadlıq işləri aparan işçilər həbs ediliblər.

Modern.az xəbər verir ki, saxlanılan şəxslər DOST MMC-də fəhlə kimi çalışan şəxslərdir.

1990 və 1995-ci il təvəllüdlü Astara rayon sakinləri Park-Bulvar ərazisində abadlıq işləri apararkən aralarında iş bölgüsü ilə bağlı mübahisə yaranıb. Mübahisə daha sonra davaya çevrilib. Onlar həmin ərazidə bir-birilərinə qarşı nalayiq ifadələr işlədiblər.

Hər iki şəxs barəsində ayrı-ayrılıqda İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

Məhkəmənin qərarı ilə fəhlələrdən biri 15, digəri isə 5 sutka müddətinə inzibati qaydada həbs olunub. (Qaynarinfo)