📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda “TikTok”a giriş bərpa edildi

2022-10-11 16:34:00

Azərbaycanda “TikTok”a giriş bərpa edildi

Azərbaycanda “TikTok” sosial şəbəkəsinə giriş bərpa edilib.

Hurriyyet.az-ın məlumatına görə, artıq bu gün gündüz saatlarından ölkə ərazisində “TikTok” giriş mümkün olub. 

Qeyd edək ki, sentyabrın 14-də Dövlət Təhlükəsizliyi Xidməti şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlamamaq məqsədi ilə bağlı “TikTok”un fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti məhdudlaşdırılması qərara alıb.